“Azərbaycan digər ölkələrin inkişafı üçün modeldir…
“Azərbaycan digər ölkələrin inkişafı üçün modeldir. Azərbaycan ilə əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə ümid edirik “. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Əfqanıstanın Müdafiə Nazirliyinin Hərbi ümumi siyasət və insan resursları şöbəsinin rəhbəri Mohd Qasem Vardak jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Əfqanıstan bir-birinə ən çətin zamanlarda da yardım edib: “Biz çiyin-çiyinə müstəqillik uğrunda mübarizə aparmışıq. Hesab edirik ki, Azərbaycan Əfqanıstana yardım edə bilər. Çünki bizim eyni problemlərimiz var. Ümid edirik ki, Azərbaycan sülhməramlıları 2014-cü ildən sonra da beynəlxalq əməkdaşlıq çərçivəsində Əfqanıstanda qalmağa davam edəcək.
/Trend/