Əfqanıstan XİN rəhbərinin Azərbaycana səfərinin tarixi dəyişdirilib

Əfqanıstanın XİN rəhbərinin Azərbaycana səfərinin tarixi dəyişdirilib…

Əfqanıstanın XİN rəhbərinin Azərbaycana səfərinin tarixi dəyişdirilib.

Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmani martın 18-19-da Azərbaycana səfər edəcək. Bu barədə bazar ertəsi Trend-ə Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı ikitərəfli aktual və regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Danışıqların yekunları üzrə ikitərəfli əməkdaşlığın inkişafına dair bəzi sənədlərin imzalanması da nəzərdə tutulur. O cümlədən səfər zamanı diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi, eləcə də iki ölkənin Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri arasında və təhsil sahəsində əməkdaşlıq barədə sənədlərin imzalanacağı gözlənilir.

Qeyd edək ki, Əfqanıstanın xarici işlər naziri Zarar Əhməd Osmaninin səfəri martın 5-7-də planlaşdırılırdı.

 

/Trend/