Misirdə kütləvi ölüm hökmü ciddi səhvdir, ümidvaram ki, qərar ləğv olunacaq.Trend “Anadolu ” agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib…
Misirdə kütləvi ölüm hökmü ciddi səhvdir, ümidvaram ki, qərar ləğv olunacaq.Trend “Anadolu ” agentliyinə istinadən bildirir ki, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, bu qərar Misir məhkəməsinin yarımçıqlığını göstərir.
Martda Misirdə məhkəmə qətl cəhdində, polis məntəqəsinə basqında və digər cinayətlərdə təqsirli bilinən “Müsəlman qardaşları ” hərəkatının 529 üzvünü ölümə məhkum edib.
Öz növbəsində, Avropa İttifaqı bu hökmü qəbuledilməz adlandırıb.
“Cinayətlərin ciddi xarakterinə baxmayaraq, ölüm hökmü bəraət qazana bilməz “, – Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsiKetrin Eşton bəyan edib.
Milli.Az