Əsgərimiz şəhid olub

Aprelin 1-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar…

Aprelin 1-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Baxşıyev Akif Aydın oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

/trend/