Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-sabit hava şəraiti ilə bağlı müvəqqəti sığınacaqlar təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də müvəqqəti sığınacaqlar təşkil edib…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də müvəqqəti sığınacaqlar təşkil edib. Trend-in məlumatına görə, havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən müvəqqəti sığınacaqlar bu ünvanlarda yerləşir:

 

1. Nərimanov rayonu, Yaşıl bazarın yanı, Xətai prospekti, 11;

2. Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi, 69;

3. Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yanında, Q.Qarayev küçəsi, 118;

4. Xətai rayonu, Bakı kinoteatrının qarşısı, Sarayev küçəsi, 20;

5. Yasamal rayonu, Xiyabani küçəsi, 211.

Məlumat əldə etmək ücün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacağlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq.

Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və dıgərləri bu xidmətdən istifadə edə bilərlər. /Trend/