ABŞ hələ ATƏT-in Minsk Qrupuna yeni daimi həmsədr müəyyənləşdirməyib

Rəsmi Vaşinqton hələ ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni daimi həmsədr vəzifəsinə namizədi müəyyənləşdirməyib…

Rəsmi Vaşinqton hələ ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni daimi həmsədr vəzifəsinə namizədi müəyyənləşdirməyib. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland deyib. ABŞ-ın yeni dövlət katibinin daimi həmsədr təyin etməsi ilə bağlı suala cavab verərkən Nuland qeyd edib ki, hələ bu barədə qərar yoxdur.

“Bildiyiniz kimi dövlət katibi kadrlar ilə bağlı verdiyi qərarları diqqətlə nəzərdən keçirir və Ağ Ev ilə razılaşdırıldıqdan sonra qəbul edir. Qərar qəbul olunduğu halda daimi həmsədr elan ediləcək, lakin hazırda yekun bir qərar yoxdur “, – Nuland deyib.

/Trend/