ABŞ-ın daha bir ştatında Xocalı faciəsi ilə əlaqədar qətnamə qəbul edilmişdir

Bazar ertəsi ABŞ-ın Tenesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib…

Bazar ertəsi ABŞ-ın Tenesi ştatının qanunverici orqanının Nümayəndələr Palatasında Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qətnamə qəbul edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Qətnamədə erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş cinayətin qurbanları anılır və Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktının beynəlxalq təşkilatların sənədlərində əks olunduğu qeyd edilir.

Qeyd edək ki, Tenesi ştatı ilə yanaşı, ABŞ-ın digər ştatları, o cümlədən Missisipi, Meyn, Texas, Arkanzas, Oklahoma, Nyu Meksiko ştatlarının qanunverici orqanlarında da Xocalı faciəsi ilə əlaqədar qətnamələr qəbul edilmişdir.

/Trend/