ABŞ Konqresindəki Az

ABŞ Konqresinin üzvü Cef Miller Konqresdəki Azərbaycan üzrə işçi qrupuna qoşulub…

ABŞ Konqresinin üzvü Cef Miller Konqresdəki Azərbaycan üzrə işçi qrupuna qoşulub. Bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Bununla da Azərbaycan üzrə işçi qrupundakı konqresmenlərin sayı 63-ə çatıb. Respublikaçılar Partiyasından olan C.Miller Konqresdə Florida ştatına aid seçki dairəsini təmsil edir.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən Konqresdəki Azərbaycan üzrə işçi qrupu Azərbaycan-ABŞ münasibətlərinin inkişafında xüsusi rol oynayır.

/Trend/