ABŞ prezidentini “erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınmasına nail olmağa çağıran qətnamə layihəsi Senata təqdim olunub

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes və senator Mark Kirk ABŞ prezidentini qondarma “erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınmasına nail olmağa çağıran yeni qətnamə layihəsini rəsmən təqdim ediblər…

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes və senator Mark Kirk ABŞ prezidentini qondarma “erməni soyqırımı”nın Türkiyə tərəfindən tanınmasına nail olmağa çağıran yeni qətnamə layihəsini rəsmən təqdim ediblər.

 

APA-nın xəbərinə görə, qətnamə layihəsi həm Senata, həm də Nümayəndələr Palatasına təqdim olunub. Sənədin həmmüəllifləri Barbara Bokser və Ed Markindir.

 

Qətnamə layihəsini təqdim edən senatorlar bildiriblər ki, ABŞ və NATO-nun qondarma “erməni soyqırımı”nı tanıyan ölkə və təşkilatların sırasına qoşulmasının vaxtı çatıb.