ABŞ Rusiyaya qarşı hərəkətə keçdi

Barak Obama müvafiq fərman imzalayıb…

Barak Obama müvafiq fərman imzalayıb.

ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatası tərəfindən qəbul olunan və Ukraynadakı böhrana görə günahkar güman edilən şəxslərə qarşı sanksiyaların dəstəklənməsi və Ukraynaya yardım göstərilməsi haqqında fərman imzalayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Cey Karni bildirib.

Qanun  Ukraynaya 1 mlrd. dollar məbləğində kreditin və 150 mln. dollar məbləğində dərhal yardımın ayrılmasını nəzərdə tutur. Obama həmçinin Rusiyaya qarşı 2 mərhələli sanksiyaların tətbiq olunması haqqında fərman imzalayıb.

Obama həmçinin Ukrayna və yaxın ölkələrə yayımlanan ABŞ dövlət KİV-lərinin maliyyələşməsini nəzərdə tutan Qanun imzalayıb.

www.oxu.az