ABŞ səfiri: Avropaya qaz ixracı mənbələrinin şaxələndirilməsi onların etibarlılığını artırır

ABŞ-dan Avropaya maye qazın nəqli Azərbaycan qazının Avropa bazarlarına ixracına heç bir təsir göstərməyəcək…

ABŞ-dan Avropaya maye qazın nəqli Azərbaycan qazının Avropa bazarlarına ixracına heç bir təsir göstərməyəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Diplomat qeyd edib: “Biz Avropaya ABŞ-dan maye qazın çatdırılması məsələsini fikirləşirik ki, bu da Azərbaycandan qaz ixracatına heç bir təsir göstərməyəcək “.

Səfirin sözlərinə görə, müxtəlif mənbələrdən Avropaya qaz nəqlinin şaxələndirilməsi onun “mavi yanacaq “la təchiz olunmasının etibarlılığını təmin edir.

Qeyd edək ki, “Şahdəniz ” tərəfdaşları (satın alma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP – operator (28,8%), ARDNŞ (16,7%), “Statoil ” (15,5%), “Total ” (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%).

 

/Trend/