"Müharibə mənim gözümlə"

"Müharibə mənim gözümlə""Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi "Müharibə mənim gözümlə" adlı yeni layihəsinə start verir. Layihə çərçivəsində Azərbaycan və Ermənistan arasında baş vermiş müharibəyə həsr olunmuş məqalələr qəbul olunacaq və həmin məqalələr təşkilatın saytında Azərbaycan, rus və ingilis dillərində yayımlanacaq. Layihənin əsas məqsədi Azərbaycan vətəndaşlarının, Azərbaycan və Ermənistan arasında baş vermiş müharibə barədə fikirlərini öyrənmək və Ermənistanın yürütdüyü təcavüzkar siyasətini dünyaya ictimaiyyətinə çatdırmaqdan ibarətdir .

DİQQƏT: Peşəsindən və yaşından asılı olmayaraq hər kəs yazılarını bizə yollaya bilər. Yazıların qəbulu ödənişsizdir. Yazılarınızı İctimai Birliyin office@azerbaijanfoundation.az elektron adresinə göndərə bilərsiniz. Ətraflı məlumat üçün isə facebook səhifəmizə və ya elektron adresimizə suallarınızı ünvanlaya bilərsiniz.