Aİ rəsmisi ermənilərin Xocalı aeportunu açması çəhdlərini gərginliyin artırılması kimi dəyərləndirib

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb…

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırıb. “Biz Xocalıda açılacaq aeroportla bağlı fikrimizi bildirmişik ki, gərginliyin daha da artırılması və geniş vüsət alacağına yönəlik bir davranışın, addımların atılmasından bütün tərəfləri çəkindiririk “, Trend xəbər verir ki, bunu ermənilərin Xocalı aeroportunun açılmasına yönəlik cəhdlərini dəyərləndirən Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia jurnalistlərə açıqlamasında bildirib.

O, tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağırırıb.

Kobia qeyd edib ki, Aİ bu məsələdə münaqişəsinin sülh yolu ilə həllində qətiyyətlidir.

/Trend/