Amerika “Abramsları” Rusiya sərhədlərində

“Qoşunlar qayıdacaq, texnika isə qalacaq”…

“Qoşunlar qayıdacaq, texnika isə qalacaq”.

General-leytenant Ben Hoces (Ben Hodges) bəyan edib ki, ABŞ NATO və Şərqi Avropa ölkələrində 2015-ci ildə 150 tank və zirehli hərbi texnika yerləşdirməyi planlayır, bunu Frans press bildirib.

Oxu.Az Ria Novosti-yə istinadən xəbər verir ki, Hoces: “Qoşunlar gələcək, təlimlərdə iştirak edib geri dönəcəklər. Texnika isə qalacaq”, – deyə bildirib.

Hoces həmçini qeyd edib ki, təxminən 50 ədəd zirehli texnika artıq yerləşdirilib, qalan 100 M1 Abrams tankı və Bradley quru hərbi maşınları (BMP)  isə  Almaniyada və çox güman ki, hardasa yenə “mövqedə yerləşdiriləcək” ki, ABŞ hərbçiləri NATO qoşunları ilə təlim keçirə bilsinlər.

“Mən, texnikanın yerləşdirilməsi də daxil olmaqla variantları nəzərdən keçirmək istəyirəm… Baltika, ölkələrində, Polşa, Rumıniya, Bolqariya və buna bənzər yerlərdə mümkündür”, – hərbçi əlavə edib.

ABŞ-ın hərbi texnikasının yerləşdirilməsi “Atlantik qətiyyət” (Atlantic Resolve) əməliyyatı çərçivəsində keçirilir.

Ukraynada böhran başlayandan Şimali atlantik alyansı baltika regionunda mövqelərini gücləndirib.

Baltika ölkələrində NATO hava məkanının mühafizə missiyası may ayının 1-dən yalnız qırıcıların sayı iki dəfə artırılan (səkkiz təyyarə) Litvada deyil, eləcə də dörd F-16 qırıcısının göndərildiyi Estoniyada bazalaşdırılıb.

Bundan başqa dörd qırıcı polşanın Malbork şəhərinə hərbi-hava bazasına göndərilib.

Aprelin sonunda regiona ABŞ-ın quru qoşunlarının 600-ə yaxın hərbçisi gələcək, onlar müxtəlif poliqonlarda təlimlərdə iştirak edəcəklər.  

Litva, Latviya və Estoniya dəfələrlə qeyd edib ki, NATO-nun regionda mövqeyini gücləndirmək tərəfindədirlər. Rusiya Federasiyasının XİN-nin rəhbəri Sergey Lavrov daha öncə bəyan etmişdi ki,  Moskva əmindir ki, NATO-nun genişləndirilməsi Avropanın sabitliyini pozan səhvdir.

www.oxu.az