Amerikalı həmsədr: “Təmas xəttindəki gərginlik sülh səylərinə zərbə vurur”

“Təmas xəttindəki gərginlik və zorakılıq sülh səylərinə zərbə vurur”.

APA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. O, yanvarın 20-də cəbhə xəttində baş vermiş ölümlərdən təəssüfləndiyini söyləyib…

 

“Təmas xəttindəki gərginlik və zorakılıq sülh səylərinə zərbə vurur”.

 

APA-nın xəbərinə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb. O, yanvarın 20-də cəbhə xəttində baş vermiş ölümlərdən təəssüfləndiyini söyləyib.

 

Qeyd edək ki, Ermənistan mediasında yanvarın 20-də Azərbaycanın diversiya qrupunun atəşkəsi pozduğu və erməni tərəfinin itkilər verdiyi haqda xəbərlər yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu xəbərləri dezinformasiya və provokasiya adlandıraraq bildirib ki, erməni tərəfinin itkiləri onların sıralarında nizam-intizamın aşağı səviyyədə olması, zabit heyəti ilə sıravilər arasında subordinasiyanın kobud şəkildə pozulması, eləcə də Ermənistandan olan çağırışçılarla Dağlıq Qarabağ erməniləri arasındakı qarşıdurmanın nəticəsidir.

 

Xatırladaq ki, bu həftə Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş keçiriləcək.

/Apa/