Fevralın 27-də konqresmen Pit Olson (Pete Olson) Xocalı Faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə bəyanat verib…
Fevralın 27-də konqresmen Pit Olson (Pete Olson) Xocalı Faciəsinin 22-ci ildönümü münasibətilə Konqresdə bəyanat verib.
Trend-in Azərbaycanın ABŞ-dakı Səfirliyinə istinadən verdiyi məlumata görə, konqresmen tərəfindən bu bəyanatın verilməsində ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının (Assembly of the Friends of Azerbaijan- AFAZ) xüsusi rolu olub.
Xocalı Faciəsinin qurbanlarının xatirəsini yad edən konqresmen Olson, eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq əsasında həll edilməsinə kömək etmək üçün ABŞ-ın öz səylərini artırmasının vacibliyini vurğulayıb.
/Trend/