“Ana harayı” abidəsinə ziyarət davam edir REPORTAJ

Bu gün Xocalı faciəsinin 22-ci ildönümüdür…

Bu gün Xocalı faciəsinin 22-ci ildönümüdür. Xocalı soyqırımı 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə erməni Silahlı Qüvvələri tərəfindən Rusiyanın 336-cı motoatıcı alayi ilə birgə Xocalı şəhərinin işğalı zamanı təkcə azərbaycanlılara qarşı deyil, bütün türk dünyasına qarşı baş verən soyqırımıdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib, qətliamın qurbanı olub. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşüb.

 

22 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu günü unutmur. SİA-nın xəbərinə görə, səhər saatlarından başlayaraq minlərlə insan Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət etməyə gəlir, onların ruhuna dualar oxunur.

 

/Sia/