ANAMA Cocuq Mərcanlıda əməliyyatları davam etdirir

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 5-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan bildiriblər ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 28 900 kvadratmetr (2.89 ha) ərazi tam təmizlənib, 1 800 kvadratmetr (0.18 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edib.

Cocuq Mərcanlıda on doqquz gün 9 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 594 206 kvadratmetr (59.42 ha) ərazi tam təmizlənib, 170 600 kvadratmetr (17.06 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

AZƏRTAC