“Aprelin10-dan sonra Rusiya Azərbaycana qarşı informasiya müharibəsinə başlayacaq”

 “Rusiya rəhbərliyi Ukraynadan sonra Azərbaycana qarşı təhdid adımmları atmağa hazırlaşır…

 “Rusiya rəhbərliyi Ukraynadan sonra Azərbaycana qarşı təhdid adımmları atmağa hazırlaşır. Aprelin 10-dan sonra Rusiya Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsinə başlayacaq”. BunuModern.az-a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov deyib. Onun sözlərinə görə Rusiya prezidenti V.Putinin imperiyanı bərpa etmək planlarında Azərbaycan xüsus yer tutur. 

“Ukraynadan sonra əsas zərbə Azərbaycana qarşı hazırlanır. İlk öncə Dağlıq Qarabağın Rusiyaya federasiya subyekti halında birləşdirilməsi nəzərdə tutulur. Bunun üçün Rusiya xüsusi xidmət orqanları KİV-ləri, TV-ləri və digər informasiya resurslarını Azərbaycana qarşı informasiya müharibəsi aparılması üçün təlimatlandırıblar və ilkin hazırlıqlar artıq başa çatıb. Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsi olaraq Azərbacandakı “Beşinci kolonna “-Rusiyameyilli qruplar aktivləşdiriləcək, bəzi Ermənistan və İran KİV-ləri də bu prosesə qoşulacaq. Rusiyanın Azərbaycan qarşı informasiya müharibəsi aprelin 10-dan Moskva vaxtı ilə saat 12.00-dan sonra başlayacaq”.

Modern.az