Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanda hökumət dəyişikliyinin bu münaqişənin həllində hansısa təsiri olub-olmayacağına münasibət bildirib…
Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistanda hökumət dəyişikliyinin bu münaqişənin həllində hansısa təsiri olub-olmayacağına münasibət bildirib.
Araz Әzimov belə bir dəyişikliyi eşitmədiyini deyib: “Baş nazir bu prosesdə iştirak etmir. Ona görə də onun hansısa şəxsi rolundan danışmaq çətindir. Hər bir ölkənin Baş nazirinin istefaya getməsi olduqca vacib, əlamatdar hadisədir. Bu yəqin ya hökumətin xəttinin düzgün olmadığına, ya da vəziyyətin gərginləşdiyinə dəlalət edir “.
Nazir müavini hesab edir ki, bunun hər ikisi Ermənistanla bağlı doğru ola bilər: “Çünki bildiyiniz kimi iqtisadi vəziyyət gərgindir, əhalinin narazılığı artır. Həm də daha çox Baş nazir vəzifəsində çalışan bu şəxs daxili hesablaşmalarda, öz həmkarları və yaxud prezidentlə hesablaşmalarda hansısa mübahisəli vəziyyətdən çıxış yolu axtararaq vəzifəsini tərk edir. Məncə bu, sadə vəziyyətdir. Aydındır ki Ermənistanda iqtisadi vəziyyət gərgindir, gərginləşir. Lakin bu, sizə əsas verməməlidir və fikir yaratmamalıdır ki, sabah bu vəziyyət Ermənistanı mövqeyini dəyişdirməyə məcbur edə bilsin. Məcbur edilməsində rol oynaya bilər, lakin Ermənistanın himayəsini təmin edən ölkələr ən sonunda əlbəttə, Ermənistana müvafiq yardımları, maddi texniki yardımları göstərməyə hazır olacaqlar “.
A.Əzimov qeyd edib ki, Ermənistanın bir növ son xətdə durduğunu əhalisi anlamalıdır: “Ermənistan rəhbərliyi vəziyyəti dəyərləndirib hazırkı mühitdə və gələcəkdə formalaşacaq mühitdə bugünkü tutduğu mövqeyin heç uyğun olmadığını anlamalıdır “.
/trend/