AŞ PA sədri Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib

Avropa Şurası Parlament Assambleyasının ( AŞPA ) sədri Jan-Klod Minyon aprelin 24-də qurumda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib…

Avropa Şurası Parlament Assambleyasının ( AŞPA ) sədri Jan-Klod Minyon aprelin 24-də qurumda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüş keçirib. Trend-in məlumatına görə, görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində nümayəndə heyətlərinin görüşlərinin əhəmiyyəti vurğulanmış və bu cür görüşlərin gələcəkdə də davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır.

AŞ PA-nın sədri görüşdə yaxın vaxtlarda hər iki ölkəyə səfərinin nəzərdə tutulduğunu bildirib.

/Trend/