AŞPA Sərsəng su anbarı ilə əlaqədar məruzəçi təyin edib

Azərbaycanın cəbhəyanı rayonlarının sudan məhrum edilməsinə dair sənəd təqdim edilib…

Azərbaycanın cəbhəyanı rayonlarının sudan məhrum edilməsinə dair sənəd təqdim edilib.

Bu gün Kiprdə (Nikosiya) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial Məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinin iclası keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, iclasda Azərbaycanın işğal altında olan Sərsəng su anbarı ilə əlaqədar Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun motion sənəd olaraq təqdim etdiyi “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib. 

Elxan Süleymanovun verdiyi məlumata görə, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç bu məsələ üzrə məruzəçi seçilib.

www.oxu.az