ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 20-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində monitorinq keçirilib.

MN-dən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.