ATƏT-in sədri Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin həll olunması məsələsini müzakirə edib

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərin irəliləyişlərini ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik ilə görüşü zamanı müzakirə edib…

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərin irəliləyişlərini ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik ilə görüşü zamanı müzakirə edib.

Trend-ə təşkilatdan verildiyi məlumata əsasən, danışıqların gedişatında ötən həftə Parisdə keçirilən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləriylə Minsk qrupunun həmsədrlərinin görüşü müzakirə edilib. Həmin görüşdə onlar ötən ilin sonunda tərəflərə təqdim edilmiş sülh prosesinin irəliləyişi üzrə təklifi və etibarın möhkəmləndirilməsi üzrə mümkün səylər barəsində fikir mübadiləsi aparıblar.

Nazir Kojara ATƏT-in Minsk qrupunun həmsədrlərinin atəşkəs rejiminin möhkəmlədirilməsi və tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanması üzrə danışıqlarda köməkliyinə yönəldilmiş səylərini tam dəstəklədiyini ifadə edib.

“Ukraynanın ATƏT-dəki sədrliyinin prioriteti bu prosesin irəliləyişi üçün tərəflərlə mümkün qədər işləmək və nəhayət, bu regionda sülhün bərqərar olması üçün tərəflərin lazımi siyasi iradə nümayiş etdirməsin nail olmaqdır ” ATƏT-in sədri deyib. /Trend/