ATƏT nümayəndələri cəbhədə monitorinq zamanı ermənilər tərəfindən atəşə tutulub

ATƏT nümayəndələri düşmən tərəfindən atəşə tutulub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib…

 

ATƏT nümayəndələri düşmən tərəfindən atəşə tutulub.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Hadisə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra baş verib. Ermənilər bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrini və monitorinq iştirakçılarını atəşə tutublar.

/Apa/