ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Cənubi Qafqaz regiona səfər edəcək

ATƏT sədri, Ukrayna XİN rəhbəri Leonid Kojara Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı üzrə səylər çərçivəsində Azərbaycana, Ermənistana və Gürcüstana baş çəkməyi planlaşdırır. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Leonid Kojara BMT-nin Baş qərargahında jurnalistlərə açıqlamasında bildirib…

ATƏT sədri, Ukrayna XİN rəhbəri Leonid Kojara Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı üzrə səylər çərçivəsində Azərbaycana, Ermənistana və Gürcüstana baş çəkməyi planlaşdırır. Trend-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Leonid Kojara BMT-nin Baş qərargahında jurnalistlərə açıqlamasında bildirib.

ATƏT sədri bildirib: “Tərəflər illərlə danışıqlar masası arxasında əyləşə və münaqişənin nizamlanması yollarını hazırlaya bilməzlər. Biz danışıqlar prosesinə təkan vermək istəyirik və hiss edirik ki, bu məsələdə yaxşı dinamika müşahidə olunur “.

Kojara səfərinin tarixini dəqiqləşdirməyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə, çərçivəsində “Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin bir-birləri ilə danışdıqları ” “Aİ- “Şərq tərəfdaşlığı ” proqramı öz töhfəsini verir.

/Trend/