AVCİYA Seçki Qərargahının rəhbəri ATƏT nümayəndələri ilə görüşdü

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri t.ü.e.d., prof. Məhərrəm Zülfüqarlı bu gün  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvləri Radivoje Grujic, Alexey Gromov və Tim Knobalau ilə görüşüb.

AVCİYA Seçki Qərargahının rəhbəri assosiasiyanın 2004-cü ildən bəri Azərbaycan Respublikasında keçirilən seçkilərin monitoriniqi ilə bağlı gördüyü işlər, 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilərlə bağlı assosiasiyanın fəaliyyəti barədə geniş məlumat verib. Bundan başqa o, assosiasiyanın regional ofislərinin gördüyü işlər, seçki ilə əlaqədar AVCİYA-nın KİV-lərin fəaliyyəti ilə əlaqədar  apardığı monitorinq, nəşr olunan kitab və bülletenlər, regionlarda müşahidəçilər üçün keçirilən treninqlər və s. barədə məlumat vermişdir. Bundan başqa o, AVCİYA-nın ATƏT /DTİHB nümayəndələri 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilərlə bağlı təşkilatıngörəcəyi işlər barədə görüş iştirakçılarını məlumatlandırıb və onlara assosiasiyanın Milli Məclisə seçkilərlə bağlı Fəaliyyət Planını təqdim edib. Görüşdə həmçinin seçkiqabağı mühit, namizədlərin imza toplama kompaniyası, hər iki qurumun hazırladığı hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb.

Daha sonra M.Zülfüqarlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvlərinin  seçki qabağı ictimai-siyasi vəziyyət, növbədənkənar parlament seçkilərindən gözləntilər, Seçki Məcəlləsinə dəyişiklərlə bağlı beynəlxalq təşkilatların tövsiyyələri və s. məsələlərlə bağlı suallarlarını cavablandırıb.

Görüşün sonunda hər iki qurum arasında tərcübə mübadiləsinin davam etdirilməsilə bağlı razılıq əldə olunub.

AVCIYA Seçki Qərargahı