AVCİYA təmsilçisi ATƏT /DTİHB nümayəndələri ilə görüşdü

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri t.ü.e.d., prof. Məhərrəm Zülfüqarlı bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərlə bağlı Bakıdakı nümayəndələri ilə görüşüb. Görüşdə ATƏT /DTİHB Seçki Analıtıki Maşa Yanuşeviç öz təşkilatının Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı gördüyü işlər barədə qısa məlumat verib. Daha sonra AVCİYA təmsilçisi assosiasiyanın 2004-cü ildən bəri Azərbaycan Respublikasında keçirilən seçkilərin monitoriniqi ilə bağlı gördüyü işlər və Fəaliyyət Planına uyğun olaraq 2020-ci ilin 9 fevralında Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı fəaliyyəti ilə görüş iştirakçılarını tanış edib. Bundan başqa o, assosiasiyanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan regional ofislərinin gördüyü işlər, AVCİYA-nın seçki qabağı müxtəlif istiaqmətlər üzrə apardığı monitorinqlərin nəticələri barədə də geniş məlumat verib.

Görüşdə həmçinin MSK-nın fəaliyyəti, seçkiqabağı mühit,seçki şikayətləri, namizədlərin imza toplama kampaniyası, hər iki qurumun hazırladığı hesabatlar və s. barədə fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları namizədlərin şikayətlərinə baxılması sahəsində MSK-nın müsbət işini qeyd ediblər.

Daha sonra M.Zülfüqarlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvlərinin seçki komissiyalarının təşkili, Seçki Məcəlləsinə mümkün dəyişikləri, hazırkı dövrdə mövcud ictimai-siyasi vəziyyət, siyasi partiyaların seçi fəallığı, regionlardakı seçki mühiti, namizədliklərini geri götürüən şəxlər və s. məsələlərlə bağlı suallarlarını cavablandırıb.

Görüşdə ATƏT /DTİHB nümayəndələrinə AVCİYA-nın yeni nəşrləri olan 2 kitab, “Beynəlxalq təşkilatların Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ. Müqayisəli təhlil” və “2020-cu il MİLLİ MƏCLİSƏ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRİN MONİTORİNQİ YADDAŞ KİTABÇASI”görüş iştirakçılarına təqdim edilib.

Görüşün sonunda hər iki qurum arasında tərcübə mübadiləsinin davam etdirilməsi, seçki gününün monitoriqi təşkil edəcək ATƏT /DTİHB 350 müşahidəçiləri ilə AVCİYA nümayəndələrinin görüşünün təşkili barədə razılıq əldə olunub.

AVCİYA Seçki Qərargahı