Avronestin Enerji Komitəsinin iclasında enerji layihələri müzakirə edilib

Avropa Parlamentində Avronest Parlament Assambleyasının Enerji Tehlukəsizliyi Komitəsinin iclası keçirlib. “Qafqazinfo ” xəbər verir ki, bu barədə Brüsseldə olan Avronestin Enerji Komitəsinin sədri, deputat Fuad Muradov bildirib…

Avropa Parlamentində Avronest Parlament Assambleyasının Enerji Tehlukəsizliyi Komitəsinin iclası keçirlib. “Qafqazinfo ” xəbər verir ki, bu barədə Brüsseldə olan Avronestin Enerji Komitəsinin sədri, deputat Fuad Muradov bildirib.

 

Komitənin iclasında Avropanın bərpa olunan enerji sahəsində baş verən proseslər,

 

Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində olan əməkdaşlıq müzakirə edilib. Komitənin həmsədri Fuad Muradov çıxışı zamanı Azərbaycanın dəstək verdiyi TAP və TANAP enerji layihələri ilə bağlı ən son yenilikləri deputatların diqqətnə çatdırıb. Deputat həmçinin Azərbaycanda bərpa olunan enerji sahəsində görülən işlər barədə geniş məlumat verib.

 

Avropa Komissiyasının enerji uzrə direktorluğunun sədr muavini, Avropa fotoelektrik sənaye assosiasiyası ve Avropa kulək enerjisi assosiasiyasının rəhbərləri iclasda iştirak edib. Ukraynadakı siyasi böhran üzündən bu ölkənin deputatları Avronestin iclasına qatılmayıb.

 

/Qafqazinfo.az/