Avropa həbsxanalarında maraqlı fakt

Niderlandın Ədliyyə Nazirliyi açıqlama verib…

Niderlandın Ədliyyə Nazirliyi açıqlama verib.

Niderland həbsxanalarında işçilərin sayı məhbusları üstələyir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ukrinform agentliyinin verdiyi məlumata görə, bu barədə Niderlandın Ədliyyə Nazirliyi açıqlama verib.

“Hazırda cəzaçəkmə müəssisələrində məhbusların sayı 9 710, penitensiar xidmət işçilərinin sayı isə 9 914 nəfərdir”, məlumatda bildirilir.

Qeyd edək ki, hazırda Niderlandda həbsxanaların bağlanması və yaxud  birləşdirilməsini nəzərdə tutan islahatlar aparılmaqdadır.

 

/Oxu.az/