Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinə estoniyalı deputat rəhbərlik edəcək

Avropa Parlamentinin Estoniyadan olan deputatı Marina Kalyurand Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinə rəhbərlik edəcək.

AZƏRTAC xəbər verir ki, komitənin sədr müavinləri litvalı deputat xanım Rasa Yuknyaviçene və polşalı deputat Kosma Zlatovskidir. Bu heyət həm də Avropa Parlamentinin Gürcüstan və Ermənistanla əməkdaşlığını da həyata keçirəcək.

Komitənin sədr müavini R.Yuknyaviçene bildirib ki, onlarının işinin məqsədi Avropa İttifaqının Cənubi Qafqaz regionunun inkişafında rolunu artırmaq olacaq.

AZƏRTAC