Bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb…
Bu gün Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında readmissiya haqqında saziş imzalanıb. Bu barədə Trend-ə Azərbaycanın Avropa İttifaqındakı Nümayəndəliyindən məlumat verilib.
Məlumata görə, Azərbaycan tərəfdən sazişi Azərbaycanın Aİ-dəki səfiri Fuad İsgəndərov imzalayıb.
Xatırladaq ki, Azərbaycan və Avropa İttifaqı ötən ilin noyabrında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalayıblar. Sözügedən sənəd readmissiya sazişinin imzalanmasından sonra qüvvəyə minəcək.
/Trend/