Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi təyin edilib…
Avropa Şurası baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi təyin edilib.
APA-nın Avropa Şurasının saytına istinadən yaydığı xəbərə görə, qurumun Bakıdakı ofisinə Dragana Filipovic rəhbərlik edəcək.
D. Filipoviç Belqradda anadan olub, diplomatik karyerasına 1988-ci ildə BMT-də başlayıb. 2001-ci ildə Serbiyanın ABŞ-dakı səfirliyində işləyib. Serbiyanın Avropa Şurasında daimi nümayəndəsi olub.
D. Filipoviç bu həftə sonu Azərbaycana gələcək.
Xatırladaq ki, AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos təqaüdə çıxıb və 2012-ci ilin avqustunda Bakını tərk edib.
Onun səlahiyyətlərini müvəqqəti olaraq ofis rəhbərinin müavini Teymur Məlik-Aslanov yerinə yetirir.
/Apa/