Avropalı ekspertlər: Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmalıdır

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə nisbətən Dnestryanı münaqişəyə daha çox diqqət yetirir. Trend-in məlumatına görə, bu barədə Bakıda “Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya ” mövzusunda keçirilən konfransın “Dağlıq Qarabağ münaqişəsi: Avropa İttifaqı üçün çağırış ” mövzusunda keçirilən panelində Avropa Siyasət Mərkəzinin eksperti Amanda Pol deyib…

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə nisbətən Dnestryanı münaqişəyə daha çox diqqət yetirir. Trend-in məlumatına görə, bu barədə Bakıda “Aİ-Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya ” mövzusunda keçirilən konfransın “Dağlıq Qarabağ münaqişəsi: Avropa İttifaqı üçün çağırış ” mövzusunda keçirilən panelində Avropa Siyasət Mərkəzinin eksperti Amanda Pol deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirməlidir:

“Niyə AB Dnestryanı münaqişəyə çox diqqət ayırır? Çünki bu münaqişə Birliyin sərhədlərində yerləşir və onun həllinə bir sıra aparıcı ölkələr dəstək verir. Halbuki Dağlıq Qarabağ münaqişəsi bütün regionun və onun hüdudlarından kənarda yerləşən ölkələr, o cümlədən enerji və nəqliyyat dəhlizləri üçün təhlükədir. Bu gün münaqişənin həllində ötən illərdən fərqli olaraq daha çox durğunluq müşahidə olunur. Aİ özünü münaqişənin həllində

aparıcı oyuncu kimi yox, hələ ki yalnız dəstəkləyici qüvvə kimi qiymətləndirir “.

Daha sonra çıxış edən Latviya Xarici İşlər Nazirliyinin Parlament məsələləri üzrə katibi Viktors Makarovs qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində hələ çox iş görə bilər, çünki bunun üçün qurumun imkanları böyükdür:

“Aİ Cənubi Qafqazda daha aktiv olmalıdır, onun bu regionda mövcudluğu genişlənməlidir. Aİ-nin təcrübə və potensialı çoxdur. O, Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rolu üzərinə götürə bilməsə də, əsas məsələ münaqişənin həllində irəliləyişin olmasıdır. Madrid prinsipləri nəzərə alınmalı və canlandırılmalıdır, beynəlxalq hüququn tələbləri əsas

götürülməlidir “.

Makarovs bildirib ki, Latviya Azərbaycanın dostu olaraq onun Aİ ilə münasibətlərinin daha da genişlənməsini istəyir və Aİ-na inteqrasiyasını dəstəkləyir.

/Trend/