Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib

Azərbaycanın Nazirlər Kabineti hökumətin 2013-cü il üzrə hesabatını Milli Məclisə təqdim edib…

Azərbaycanın Nazirlər Kabineti hökumətin 2013-cü il üzrə hesabatını Milli Məclisə təqdim edib.

 

Parlamentdən APA-ya verilən məlumata görə, hesabat prosedura uyğun olaraq bu sessiyanın beşinci plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Hesabatı deputatlar qarşısında baş nazir Artur Rasizadə təqdim edəcək.

 

Qeyd edək ki, martın 4-də Milli Məclisin yaz sessiyasının 4-cü plenar iclası keçiriləcək.

/Apa/