Azərbaycan ilə İran arasında avtomobil əlaqələri müzakirə edilib

Nəqliyyat Nazirliyində Birgə Komissiyanın iclası keçirilib…

Nəqliyyat Nazirliyində Birgə Komissiyanın iclası keçirilib.

 

13 fevral 2014-cü il tarixində Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın iclası keçirilib.

 

Oxu.Az nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, müzakirələr zamanı iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair sazişin müddəalarına riayət olunmasının mövcud vəziyyəti, beynəlxalq sərnişin və yük daşımalarındakı problemlərin araşdırılması və həlli, həmçinin digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

Məlumata görə, tədbirdə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, “Azəryolservis” ASC-nin əməkdaşları, digər dövlət qurumlarının nümayəndələri, eləcə də İranın beynəlxaq nəqliyyat birlikləri və sərnişindaşıma şirkətlərinin təmsilçiləri də iştirak edib.

 

Birgə Komissiyanın iclasının sonunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Protokolunun imzalanması nəzərdə tutulub.

 

/oxu.az/