Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır…
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Azərbaycan Ordusunda intihar hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin giziri, Ələkbərov Samir Sərxan oğlu özünü asıb. Hərbi qulluqçunun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, S.Ələkbərov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.