İdxalın 80%-i Rusiyanın payına düşüb…
İdxalın 80%-i Rusiyanın payına düşüb.
Stokholm Sülh Araşdırmalar Mərkəzi (Stockholm International Peace Research Institute – SIPRI) beynəlxalq silahlanma və hərbi texnika bazarının vəziyyəti haqqında növbəti məruzəsini dərc edib.
Bu dəfə 2009-2013-cü illərdə həyata keçirilmiş hərbi təyinatlı məhsul tədarükləri təhlil olunub.
Araşdırmalar göstərib ki, bu dövr ərzində silah və hərbi texnika tədarükünün ümumi həcmi 2004-2008-ci illərlə müqayisədə 14% çoxdur.
Oxu.Az-ın SİPRİ-nin rəsmi məruzəsinə istinadən verdiyi xəbərə görə, qeyd olunur ki, Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycan 2004-2008 və 2009-2013-cü illərdə silah idxalını 378% artırıb.
2009-2013-cü illərdə Azərbaycan silahların 80%-ni Rusiyadan alıb. Digər iri tədarükçülər qismində Belarus, Ukrayna, İsrail və Türkiyə göstərilir.