Azərbaycan və Ermənistanın XİN rəhbərləri Haaqada görüşəcəklər

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Haaqada görüşəcəklər…

 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Haaqada görüşəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib.

Görüş martın 24-25-də Haaqada (Niderland) nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutacaq.

XİN rəhbri bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri apreldə regiona səfər edəcəklər.

E.Məmmədyarov bildirib: “Biz əbədi olaraq danışıqlar apara bilmərik, böyük sülh müqaviləsinin müzakirəsinə başlamaq lazımdır “.