Azərbaycan və Gürcüstanın müdafiə nazirləri Brüsseldə görüşəcəklər

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya fevralın 26-27-də NATO-nun Brüsseldə keçiriləcək nazirlər görüşündə iştirak edəcək…

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya fevralın 26-27-də NATO-nun Brüsseldə keçiriləcək nazirlər görüşündə iştirak edəcək. Trend-in verdiyi məlumata görə, nazirlər komitəsinin iclasını alyansın baş katibi Anders foq Rasmussen açacaq.

Nazirlər görüşünün əsas mövzuları – kibertəhlükəsizlik, müdafiə imkanlarının gücləndirilməsi və Əfqanıstandakı missiya.

Ministerialdan sonra ikinci gündə NATO və onun alyansa daxil olmayan ölkələrin, lakin Əfqanıstandakı missiyada iştirak edən tərəfdaşlarının müdafiə nazirlərinin görüşü keçiriləcək.

NATO-nun nazirlər iclası çərçivəsində Gürcüstanın müdafiə naziri Azərbaycan, Norveç və Əfqanıstandan olan həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

/Trend/