2014-cü ilin martın 13-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərliyi etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək…
2014-cü ilin martın 13-də Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru Yevgeniy Kuyvaşevin rəhbərliyi etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytına istinadən məlumat verir.
Səfər çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
Biznes forumunda ağır və yüngül sənaye, nəqliyyat, kənd təsərrüfatı, tikinti, enerji, neft-kimya, təhsil, səhiyyə, maliyyə, ticarət və digər sahələri təmsil edən Sverdlovsk şirkətləri iştirak edəcəklər.
Qeyd edək ki, Azərbaycanın iş adamları Rusiyanın 71 bölgəsində fəaliyyət göstərirlər.
Dövlət Statika Komitəsinin məlumatına görə, 2013-cü ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 2,58 milyard dollar təşkil edib.
/trend/