Bu torpaqların dəyəri 80-100 bal ilə ölçülür…
Bu torpaqların dəyəri 80-100 bal ilə ölçülür.
Azərbaycanın ən yararlı torpaqları Qarabağdadır və bu da işğal olunmuş 11 rayonun ərazisidir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
O qeyd edib ki, bu torpaqların dəyəri 80-100 bal ilə ölçülür:
“Amma fakt odur ki, bu gün işğal altındadır. Buna görə də ölkə əhalisinin sayının artımı, ərazinin bir hissəsinin işğal olunması və artan əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin olunması ərzaq təhlükəsizliyini vacib və aktual məsələyə çevirib”.