Azərbaycanda avtomobil alışı üçün verilən kreditlərə qarşı tələblər ciddi şəkildə sərtləşdiriləcək. Bunu çərşənbə günü Trend-ə ölkənin bank bazarındakı mənbə deyib…
Azərbaycanda avtomobil alışı üçün verilən kreditlərə qarşı tələblər ciddi şəkildə sərtləşdiriləcək. Bunu çərşənbə günü Trend-ə ölkənin bank bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya bankları üçün belə kreditlərə qarşı yeni tələblərdən ibarət təlimat hazırlayır: “Yeni avtomobillər üçün kreditlər onların dəyərindən asılı olaraq 40-50 faiz həcmində ilkin ödəniş şərti ilə veriləcək “.
Mənbə qeyd edib ki, bununla belə, istehsal tarixindən satışınadək 1 ildən çox vaxt keçməyən avtomobillər yeni hesab ediləcək: “İşlənmiş avtomobillər üçün kredit şərtləri daha sərt olacaq. Kreditin məbləği avtomobilin dəyərinin cəmi 20 faizini təşkil edəcək. Yəni belə kredit üzrə ilkin ödəniş əldə edilən maşının dəyərinin 80 faizini təşkil edəcək “.
Onun sözlərinə görə, belə kredit növü üzrə bank sektorunun portfelinin keyfiyyətinin pisləşməsi AMB-ni tələbləri ciddi şəkildə sərtləşdirməyə vadar edib: “Bu sahə üzrə defolt 7 faizədək təşkil edir. Banklara indiki orta hesabla təqribən 16 faiz dərəcəsi üzrə kreditləşmə sərf etmir, lakin onlar kredit verməyə davam edirlər “.
Hazırda ölkədə avtomobil kreditlərinin verilməsi kritik həddə çatıb. Belə ki, işlənmiş avtomobillərin alışı üzrə kreditləşmə, demək olar, tamamilə dayandırılıb.
Mənbə bildirib ki, hazırda avtomobil kreditləşməsi, demək olar ki, yoxdur və tənzimləyici müvafiq təlimat dərc etməyənədək olmayacaq: “Hadisələrin belə cərəyan etməsi ümumi portfeldə avtomobil kreditləşməsinin payı böyük olan banklara ciddi təsir edəcək “.
Bazarda vəziyyət gərginləşənədək avtomobil kreditlərinin verilməsi şərtləri olduqca yumşaq olub: yeni avtomobili maşının dəyərinin 10-15 faizi həcmində ilkin ödəniş etməklə 5 il müddətinə kreditə almaq olurdu. İşlənmiş avtomobillər isə maşının dəyərinin təqribən 30 faizi həcmində ödəniş etməklə illik təqribən 20-25 nominal faiz dərəcəsi ilə 4 il müddətinə təklif edilirdi.
Trend.az