Azərbaycanda hərbi hissələrin sayı artırıldı

“Hərbi hissələr yeni müasir silahlar, avadanlıqlarla təmin olunur”…

“Hərbi hissələr yeni müasir silahlar, avadanlıqlarla təmin olunur”.

Hərbi hissələrin sayı artırılıb. Bu, Silahlı Qüvvələrin quruluşunun təkmilləşdirilməsi çərçivəsində aparılan tədbirlərdəndir.

Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilənə görə, bu proses yeni silah və döyüş texnikasının alınması, regionda hərbi-siyasi vəziyyətdəki dəyişikliklər və digər faktorlarla əlaqədar aparılır.

Nazirlikdən o da vurğulanıb ki, hərbi hissələr yeni müasir silahlar, avadanlıqlarla təmin olunur:

“Müdafiə Nazirliyinin rəhbərliyinin məqsədi ilk növbədə ordumuzu müasir ordulara uyğunlaşdırmaqdan ibarətdir. Bu səbəbdən də bütün istiqamətlər üzrə mütəmadi olaraq birlik, birləşmə və hərbi hissələrin bütün növ vasitələrlə təminatının yaxşılaşdırılması, müasir standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir və işlər davam etdirilir”.

/oxu.az/