Azərbaycanda İKT sahəsində müstəqil tənzimləyici orqan yaradılır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sonunadək telekommunikasiya sahəsində müstəqil tənzimləyici orqanın işini təşkil etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə nazir Əli Abbasov bildirib…

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu ilin sonunadək telekommunikasiya sahəsində müstəqil tənzimləyici orqanın işini təşkil etmək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə nazir Əli Abbasov bildirib.

Onun sözlərinə görə, işlərin nazirlikdəki ümumi islahatlar çərçivəsində həyata keçirilməsi planlaşdırılır: “Hazırda nazirlik yanında Tənzimləyici Departament fəaliyyət göstərir. Biz onun öz nizamnaməsi ilə müstəqil fəaliyyət göstərməsini və bazardakı tənzimləmə məsələlərində nazirlikdən maksimum az asılı olmasını istəyirik “.

 

Trend.az