Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşkilatçılığı ilə növbəti könüllü qanvermə aksiyaları həyata keçirilib…
Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun təşkilatçılığı ilə növbəti könüllü qanvermə aksiyaları həyata keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Kürdəmir MRX-da 120, 19 saylı şəhər poliklinikasında 10, 3 saylı şəhər poliklinikasında 17, 19 saylı uşaq poliklinikasında – 19 nəfər, ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində 33, ARDNŞ “Azərneftyağ” neft emalı zavodunda 43, 26 saylı şəhər poliklinikasında 261, S.Əliyev adına Neft Emalı Zavodunda 43, 26 saylı şəhər poliklinikasında 13, ARDNŞ-ın Qaz Emalı Zavodunda 49 nəfər könülü olaraq qan verib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Apa.az