Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın iki gün ərzində açıqlanacaq

Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın iki gün ərzində açıqlanacaq…

Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın iki gün ərzində açıqlanacaq.

Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014/2015-ci tədris ili üçün qəbul imtahanının birinci mərhələsinin məzmunu ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına martın 5-i saat 17:00-dək şəxsən müraciət edə bilərlər.

İmtahanda iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində keçirilib.

Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə 29 may – 1 iyun tarixlərində olacaq.

/Trend/