Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı ölkəsinə təhvil verilib

Azərbaycanda saxlanılan erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında bu gün Ermənistana qaytarılıb…

Azərbaycanda saxlanılan erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında bu gün Ermənistana qaytarılıb. Bu barədə Trend-ə komitənin Azərbaycan nümayəndəliyinin rəhbəri Deniz Duran tərəfindən daxil olan məlumatda deyilir.

Onun sözlərinə görə, bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib.

Repatriasiyadan əvvəl, BQXK-nın nümayəndələri saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün mülki şəxsə baş çəkmişlər. Təşkilatın nümayəndələri, həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlamışlar.

BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq, Azərbaycanın və Ermənistanın hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı oldu. İnternə olunmuş şəxs, BQXK nümayəndələrinə geri qayıtmaq arzusunu təsdiqləmişdir.

Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Arsen Ananyayeviç 7 mart 2014-cü tarixdə Tovuz rayonu ərazisindəki dəmiryol xəttinin yaxınlığında saxlanılıb

 

/Trend/