Azərbaycandan Aİ ölkələrinə sığınacaq üçün müraciət edənlərin sayında 16.3 % artım müşahidə olunub

Ötən il Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə sığınacaq üçün müraciət edənlərin sayı 2360 nəfər təşkil edib…

Ötən il Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə sığınacaq üçün müraciət edənlərin sayı 2360 nəfər təşkil edib. Trend-in məlumatına görə, bu barədə BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin yeni hesabatında deyilir.

Bu rəqəm 2012-cü il ilə müqayisədə 16.3 % artıb. Belə ki, 2012-ci ildə Azərbaycandan Avropa İttifaqı ölkələrində sığınacaq üçün müraciət edənlərin sayı 2030 nəfər təşkil edib.

Ümumilikdə, 2013-cü ildə Aİ-nın 28 ölkəsinə 398 200 sığınacaq üçün müraciət daxil olub. Bu rəqəm 2012-ci il ilə müqayisədə 32 faiz artıb. Belə ki, bu göstərici 2012-ci ildə 301 000 nəfər təşkil edib.

Ümumilikdə, 2013-cü ildə Avropanın 38 ölkəsinə sığınacaq üçün müxtəlif ölkələrdən 484 600 müraciət olunub. Bu rəqəm 2012-cü il ilə müqayisədə 32 faiz artıb. Belə ki, 2012-ci ildə bu rəqəm 368 400 nəfər təşkil edib.

 

/Trend/