Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tanınmış caz ifaçısı Di Di Bridcuoterin konsertində olub

Məşhur caz ifaçısı, “Qremmi ” və “Toni ” mükafatı laureatları Di Di Bricuoter (Dee Dee Bridgewater) fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub…

Məşhur caz ifaçısı, “Qremmi ” və “Toni ” mükafatı laureatları Di Di Bricuoter (Dee Dee Bridgewater) fevralın 12-də Bakıda Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə olub.

Trend-in məlumatına görə, müasir caz vokal sənətinin ulduzlarından olan Di Di Bricuoter konsertdə onu milyonların sevimlisinə çevirən məşhur kompozisiyalarını ifa edib.

Əsl adı Dennis Qarret olan müğənni-aktrisa 1950-ci ildə ABŞ-da doğulub. Karyerasına vətənində başlasa da, Fransada şöhrət qazanıb.

Di Di Bricuoter ilk professional təcrübəni əfsanəvi Ted Cons/Mel Levis Caz Orkestrində (The Thad Jones/Mel Lewis Jazz Orchestra) keçib və ötən əsrin 70-ci illərində o, Maks Rouç (Max Roach), Sonni Rollinz (Sonny Rollins), Dekster Qordon (Dexter Gordon), Dizzi Gillepsi (Dizzy Gillespie) kimi məşhur caz ifaçıları ilə birgə çıxış edib.

Müğənni 1980-ci ildə Fransaya köçüb və bir neçə il ərzində Avropanın bütün caz fetivallarında iştirak edib, öz orkestrini yaradıb.

1998-ci ildə kumiri Ella Fitsceraldın (Ella Fitzgerald) xatirəsinə həsr etdiyi “Əziz Ella ” ( “Dear Ella “) albomu iki “Qremmi ” mükafatına layiq görülüb. Eləcə də onun tanınmış caz ifaçısı Billi Holideyə ithaf etdiyi “Eleanora Faqan (1915-1959): Di Didən Billiyə sevgi ilə ” ( “Eleanora Fagan (1915-1959): To Billie With Love From Dee Dee “) adlı albomu “Qremmi ” alıb.

Di Di Bricuoter musiqili teatrda da fəaliyyət göstərib. O, 1975-ci ildə “Viz ” ( “The Wiz “) musiqili tamaşasında oynadığı Qlinda roluna görə “Toni ” mükafatı alıb.

Konsertdən sonra Di Di Bricuoter Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşüb.

 

Trend.az